
“Sarsılmaz Qardaşlıq-2022” təliminə hazırlıq işləri gedir
Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyədə rəsmi səfərdədir.
Bu barədə “Poliqon” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Səfər çərçivəsində general-polkovnik Kərəm Mustafayev Türkiyənin 3-cü Ordu komandanı, general-polkovnik (korgeneral) Yavuz Türkgenci ilə birgə Türkiyədə “Sarsılmaz Qardaşlıq-2022” kompüter dəstəkli komanda qərargah təliminin ilkin hazırlıq mərhələsinin icra edildiyi 3-cü Ordu Təlim İdarəetmə Mərkəzini ziyarət edib.
Kərəm Mustafayev və Yavuz Türkgenci Təlim İdarəetmə Mərkəzində “Sarsılmaz Qardaşlıq-2022” təliminə hazırlıq işləri ilə tanış olub.
CATEGORIES Xəbərlər
TAGS “Sarsılmaz Qardaşlıq-2022”Əlahiddə Ümumqoşun OrdusuKərəm MustafayevTəlim İdarəetmə MərkəziTürkiyəTürkiyənin Milli Müdafiə NazirliyiYavuz Türkgenci