Şəhid Nazim Kirxlarov və Ağamoğlan Kərimov şərəfli ömür və döyüş yolu keçiblər

Şəhid Nazim Kirxlarov və Ağamoğlan Kərimov şərəfli ömür və döyüş yolu keçiblər

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində Vətən müharibəsi şəhidləri Nazim Kirxlarov və Ağamoğlan Kərimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Poliqon.az

CATEGORIES
TAGS