
Şerafettin Mendi: Azərbaycan Silahlı Qüvvələrinin nə qədər güclü olduğunu ən son Qarabağın azad edilməsində gördük və qürur duyduq
Türkiyə ilə Azərbaycan arasındakı bağlılıq “İki Dövlət, Bir Millət” şüarında ifadə olunan taleyin, qardaşlığın birliyidir.
“Poliqon” xəbər verir ki, bunu Türkiyənin “Mensan Defence” şirkətinin İdarə Heyətinin sədri Şerafettin Mendi 26 İyin – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik mesajında bildirib.
Şirkət rəhbəri qeyd edib ki, 1918-ci ildə Gəncədə 600 nəfərlik korpus əsasında qurulan Azərbaycan Silahlı Qüvvələri bu gün dostlara inam və düşmənə qorxu verən müasir bir orduya çevrilib: “Azərbaycan Silahlı Qüvvələrinin nə qədər güclü olduğunu ən son Qarabağın azad edilməsində gördük və qürur duyduq. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə olaraq heç bir dəstəyi əsirgəməmişik və əsirgəməyəcəyik.
“Mensan” şirkəti istehsal etdiyi qabaqcıl texnologiya və innovasiya məhsulları ilə hər zaman Azərbaycan Müdafiə Sənayesi və Azərbaycan Silahlı Qüvvələrinin xidmətində olmaqdan şərəf duyacaqdır.
Özüm və şirkətim adından qardaş Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin və hörmətli xalqının Silahlı Qüvvələr Gününü ürəkdən təbrik edirəm”.



