Xəbərlər

Serbiya Belarusdan tədarük olunan MiQ-29 qırıcılarını silahlanmaya qəbul edib

Belarusun Hərbi Hava Qüvvələri (HHQ) öz ehtiyatından Serbiya Hərbi Hava Qüvvələrinə təhvil verdiyi 4 ədəd MiQ-29 döyüş təyyarəsinin qəbul və təqdimat mərasimi keçirilib.

Bu barədə “Poliqon” Serbiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

MiQ-29 qırıcıları Serbiyaya HHQ-ə tədarük edilməzdən əvvəl Baranoviçidə təkmilləşdirilərək əsaslı təmir olunub.

Qeyd edək ki, Belarusdan çatdırılan qırıcılar ilə birlikdə Serbiya HHQ döyüşə tam hazır vəziyyətdə 14 ədəd MiQ-29 təyyarəsinə sahib olub. Hərbi-texniki yadım çərçivəsində tədarük edilən MiQ-29-lardan 6 ədədini Rusiya və 4 ədədini Belarus verib, digər 4 ədədi isə əvvəldən qalan öz qırıcılarıdır.

Poliqon.az

Back to top button