Serbiya “Kornet” TƏİR kompleksləri alır

Serbiya “Kornet” TƏİR kompleksləri alır

Serbiya Rusiyadan “Kornet” tank əleyhinə idarə olunun raket kompleksləri (TƏİRK) alır.

“Poliqon” xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviçin “Azadlıq və Dövlət Bayrağı Günü” münasibətilə hərbi texnikanın nümayişində bildirib.

O, tank əleyhinə idarə olunan raketlərin, buraxma qurğularının sayını və razılaşmanın digər detallarını açıqlamayıb.

Xatırladaq ki, bu yaxınlarda Macarıstanın Keçkemet şəhərində keçirilən beynəlxalq sərgidə İsrailin “Rafael” (Rafael Advanced Defense Systems) şirkətinin nümayəndəsi, RTS nəşrinə Serbiyanın “Spike” TƏİRK almaq üçün İsraillə danışıqlar apardığını təsdiqləyib və bildirib ki, “Jugoimport” ilə işlər uğurlu olarsa, başqa həllər – daha çox uzaq məsafəyə malik olan “Spike ER” və NLOS raketləri təklif olunacaq (həmçinin bax: Serbiya İsraildən “Spike LR-2” TƏİR kompleksi almaq istəyir).

Qeyd edək ki, “Rafael” şirkətinin Serbiyadakı tərəfdaşı yerli “Jugoimport” dövlət şirkətidir.

Rusiyanın “Kornet” kompleksindən fərqli olaraq “Spike LR2” kompleksi, 5-ci nəsil TƏİRK-ə aiddir və alınan siqnalın süni intellekt elementlərinə işlənməsi üçün sistemə malikdir. Sistem, raketin müxtəlif növ hədəfləri müstəqil şəkildə izləməsinə imkan verir və hədəflər təkcə buraxma qurğusundan deyil, pilotsuz uçuş aparatları kimi digər idarəetmə sistemlərindən də əldə edilə bilər. Kompleks “atdın-unutdun” prinsipi ilə işləyir. Maksimal atış məsafəsi 5,5 km-dir.

“Kornet” kompleksinin konsepsiyası “Hədəfi görərək vururam” prinsipinə əsaslanır. Kompleks lazer şüası üzərindən tuşlama prinsipi ilə işləyir. Maksimal atəş məsafəsi gündüz 5,5 km və gecə 3,5 km-dir. Bəzi mənbələrdə qəlpəli-fuqas döyüş başlıqlı raket üçün 10 km, tandem kumulyativ döyüş başlıqlı raket üçün 8 km göstərilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS