Serbiyada 60 mm-lik mina daşıya bilən heksakopter nümayiş etdirilib

Serbiyada 60 mm-lik mina daşıya bilən heksakopter nümayiş etdirilib

Serbiyada keçirilən “Partner 2023” silah sərgisi çərçivəsində yerli PR-DC müdafiə şirkəti 12 ədəd 60 mm-lik M73 minasını daşıya bilən heksakopter-bombardmançını nümayiş etdirib.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, PR-DC şirkətinin hazırladığı bu pilotsuz uçuş aparatı (PUA) “Ika-Bomber” adlanır.

PUA-nın gövdəsi kompozit materiallardan, əsasən karbon lifindən və epoksid qətranından hazırlanıb. PUA-nın uçuş müddəti 30 dəqiqə ilə məhdudlaşır, daşıma qabiliyyəti isə 20 kiloqramdır.

Bu yükgötürmə qabiliyyəti altı BLDC elektrik mühərriki ilə təmin edilir. PUA 4,3 kVt/saat tutumlu dəyişdirilə bilən litium batareya ilə işləyir. O, 150 ​​metrdən 500 metrə qədər hündürlükdə 5-15 kilometr radiuslu tapşırıqları inamla yerinə yetirə bilir. «Ika-Bomber» PUA 7000 metr hündürlüyə qalxa bilir, onun kreyser sürəti saatda 60 km, maksimumu saatda 90 km təşkil edir. Heksakopterin maksimal uçuş çəkisi 70 kq-dır. O, gecə və termal kanalları olan giroskopik kamera ilə təchiz olunub.

Əhəd Vahidoğlu         

CATEGORIES