
“Sərdar” TƏİR sistemi sifarişçiyə çatdırılıb
Türkiyənin ASELSAN şirkəti Qətər Silahlı Qüvvələri tərəfindən sifariş edilən “Sərdar” tank əleyhinə raket sistemlərinin son partiyasını sifarişçiyə təhvil verib.
“Poliqon” xəbər verir ki, bununla ASELSAN Qətər Ordusuna “Sərdar” tank əleyhinə raket sistemlərinin tadarükünü başa çatdırıb.
ASELSAN şirkəti tərəfindən istehsal edilən “Sərdar” silah sistemi 7,62 mm PKM və 12,7 mm NSV pulemyotları, həmçinin 2 və ya 4 ədəd RK-2S “SKIF” (“Stuqna-P”), 9M133 “Kornet” və s. kimi tank əleyhinə idarə olunan raketlərlə təchiz edilmiş məsafədən idarə olunan sabitləşdirilmiş bir platformadır.
Platforma, operatorun zirehli avtomobildə və ya uzaq bir yerdə olmasına imkan verərək, özündə yüksək dəqiqlikli kəşfiyyat, nişanalma və hədəfi izləmə imkanlarını effektiv atəş gücü ilə birləşdirir.