Sərhəd pozu­cu­ları sərhədçiləri öldürməyə cəhd ediblər

Sərhəd pozu­cu­ları sərhədçiləri öldürməyə cəhd ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində hərəkəti müşahidə olunub, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­araq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozu­cu­ları sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsiz­ləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli “Kalaşnikov” avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürül­üb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

d1 1 d2 1 d3 1 d5

Poliqon.az

CATEGORIES
TAGS