Sərhəd təhlükəsizliyi sahəsində ciddi nəticələr əldə olunub

Sərhəd təhlükəsizliyi sahəsində ciddi nəticələr əldə olunub

Azərbaycan Respublikasının dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

“Poliqon” xəbər verir ki, bu barədə 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair Dövlət Sərhəd Xidmətində (DSX) keçirilən hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

İl ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

CATEGORIES