Səudiyyə Ərəbistanı Fransadan xeyli sayda “Rafale” qırıcısı almaq istəyir

Səudiyyə Ərəbistanı Fransadan xeyli sayda “Rafale” qırıcısı almaq istəyir

Səudiyyə Ərəbistanı Fransanın “Dassault Aviation” şirkətindən 54 ədəd “Rafale” döyüş təyyarəsi almaq niyyətindədir.

“Poliqon” “La Tribune” nəşrinə istinadən xəbər verir ki, bunun üçün Səudiyyə Ərəbistanı “Dassault Aviation” şirkətindən noyabrın 10-na kimi qiymət təklifi göndərməsini istəyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Fransanın “Rafale” qırıcılarından əvvəl Böyük Britaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələrini almaq istəyirdi. Ancaq Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə “Eurofighter Typhoon”un dörd istehsalçı ölkəsindən biri olan Almaniya uzun müddətdir ki, bu satışa icazə vermirdi. Məsələ ilə bağlı hətta Böyük Britaniya və Almaniya hökumətləri arasında bir sıra danışıqlar aparılsa da, bunlar heç bir nəticə verməyib. Beləliklə, gözləməkdən yorulan Səudiyyə Ərəbistanı sonda “Rafale” qırıcılarını almaq qərarına gəlib.

CATEGORIES
TAGS