Səudiyyə Ərəbistanı “Nexter” şirkətindən CAESAR ÖAQ-ları almaq istəyir
Səudiyyə Ərəbistanı hökuməti nomenklatura silahların alınması üçün Fransanın “Nexter” müdafiə şirkətinə sifariş göndərib.
“Poliqon” xəbər verir ki, bu sifarişdə 147 ədəd 6×6 təkər formullu şassidə CAESAR və 112 ədəd 8×8 təkər formullu şassidə CAESAR özüyeriyən artilleriya qurğusu (ÖAQ), həmçinin 118 ədəd yedəyə alınan 105 mm-lik 105LG topu yer alıb.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı Ordusu beş operator ölkə arasında 130 ədəd CAESAR ÖAQ ilə ən böyük ÖAQ parkına sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, istehsalçı ölkə olan Fransa Ordusunun özündə 127 ədəd 155 mm-lik CAESAR ÖAQ istismar olunur.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər