Səudiyyə Ərəbistanı VTOL tipli hibrid PUA hazırlayıb

Səudiyyə Ərəbistanı VTOL tipli hibrid PUA hazırlayıb

Səudiyyə Ərəbistanın “Advanced Electronics Company” şirkəti “Dubay Airshow-2021” sərgisində yerli imkanlarla hazırlanmış “Bariq” adlı pilotsuz uçuş aparatının (PUA) prototipini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, nümayiş etdirilən “Bariq” PUA vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malikdir.

“Bariq” kəşfiyyat-müşahidə və ayırdetmə (İSR) əməliyyatlarını, o cümlədən yükdaşıma missiyalarını yerinə yetirmək üçün hazırlanmış çoxrotorlu, hibrid mühərrikli kiçik həcmli PUA-dır.

Sürü halında istifadə imkanlarına malik “Bariq”ın diametri 2 metrdir. PUA iki eniş sürgüsü, elektro-optik/infraqırmızı (EO/IR) sensoru və iki vuruşlu, tək silindirli daxili yanma mühərriki ilə təchiz edilib.

Mühərrik irəli uçuş və elektron müharibə yükü tələblərini dəstəkləmək üçün elektrik enerjisi generatoru ilə dəstləşdirilib. Elektrik mühərrikləri daxili yanma mühərrikindəki geriliyi kompensasiya etmək üçün sürətli manevr və yüksək enerji istehlakı tələb edən avtonom VTOL və missiya seqmentlərini dəstəkləyir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS