
Səudiyyə Ərəbistanı Yunanıstandan “Patriot” missiyasının uzadılmasını istəyib
Yunanıstan, Ər-Riyadın müraciətindən sonra “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin Səudiyyə Ərəbistanındakı yerləşdirilməsini daha bir il müddətinə uzatmağı nəzərdən keçirir.
“Poliqon” “Kathimerini” saytına istinadən xəbər verir ki, 2021-ci ildə başlamış missiya ARAMCO şirkətinin əsas infrastrukturunu qoruyur.
“Hellenic Force Saudi Arabia” (ELDYSA) adlanan yunan kontingenti 2019-cu ildə aparılan texniki və diplomatik danışıqlardan sonra göndərilib. 2021-ci ilin aprelində əməkdaşlıq memorandumu imzalanıb və həmin ilin sentyabrında bölmə Tanaqradan yola salınıb.
Təsdiqlənəcəyi təqdirdə, uzadılma “Patriot” HHM sisteminin Səudiyyə Ərəbistanında 2026-cı ilin noyabrına qədər qalmasını təmin edəcək.