SHXÇDX KİV nümayəndələri arasında VII atıcılıq turniri keçirəcək

SHXÇDX KİV nümayəndələri arasında VII atıcılıq turniri keçirəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş VII atıcılıq turnirinə start verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir may ayının 7-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri SHXÇDX-nin kubok və diplomu ilə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 25-dək SHXÇDX-nin Aparatına və yaxud pr@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş olunur. Məlumatda komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi qeyd olunmalıdır.

Poliqon.az

CATEGORIES
TAGS