SHXÇDX KİV nümayəndələri arasında VII atıcılıq turniri keçirib

SHXÇDX KİV nümayəndələri arasında VII atıcılıq turniri keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 7-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII atıcılıq turniri keçirib.

“Poliqon” xəbər verir ki, “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Sabunçu rayon filialında baş tutan yarışa hər biri 3 nəfərdən ibarət olan 13 media komandası qatılıb.

Tədbirə Azərbaycan Dövlət Himninin ifası ilə başlanılıb.

Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev KİV nümayəndələrini salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi atıcılıq turniri Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 22 aprel 2022-ci il tarixli Qərarından sonra yenidən təşkil olunub.

Zaur Abdullayev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik konsepsiyası və müasir hərb quruculuğu prosesinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, artıq Azərbaycan regionun lideri, beynəlxalq sistemin nüfuzlu subyektlərindəndir: “27 sentyabr 2020-ci ildə düşmənin təmas xəttində növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum əməliyyatı Azərbaycanın və ordusunun gücünü, xalqının qüdrətini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqları azad edərək ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərin Vətən sevgisi Zəfərin qazanılmasında mühüm rol oynayıb. Ölkə rəhbərliyi başda olmaqla cəmiyyətin hər bir üzvü qələbəyə səfərbər oldu. Eyni zamanda düşmənlə informasiya müharibəsində də üstünlük qazanılıb. Prezident İlham Əliyev dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə ilə dünya informasiya məkanında Azərbaycana qarşı olan hücumları məğlub edib”.

Z.Abdullayev Vətən müharibəsi dövründə ölkə mediasının kifayət qədər məhsuldar fəaliyyət göstərdiyini, düşmənin mülki əhalini, iri yaşayış məntəqələrini hədəfə alaraq qadağan edilmiş silahlardan istifadə etməklə törətdiyi hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-in rolunu vurğulayıb. Qeyd edib ki, SHXÇDX mətbuatla əməkdaşlığa hər zaman önəm verir, Azərbaycanda hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması, müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinin işıqlandırılması istiqamətində KİV-in fəaliyyəti yüksək qiymətləndirilir. Z.Abdullayev çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb.

Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Report” İnformasiya Agentliyinin,  II yeri “Azpress.az” saytının, III yeri “Səs” İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar.

Qaliblərə kubok, medal, diplom və pul mükafatları təqdim edilib.

1 7 2 7 3 4 4 4 5 6 7 8 9 10

Poliqon.az

CATEGORIES
TAGS