Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 24 oktyabr 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 17 oktyabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.