
SHXÇDX-nin rəhbərliyi şəhid ailələrini ziyarət edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid ailələri ziyarət olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, SHXÇDX-nin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.
Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil Azərbaycan dövlətinin və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Azərbaycan Prezidenti İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərin daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.
Dövlətin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcu olduğu ifadə olunub. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşlərdə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.