SHXÇDX qanvermə aksiyasına qoşulub

SHXÇDX qanvermə aksiyasına qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına  və Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin Aparatının, Bakı Qarnizonunda yerləşən struktur bölmələrin bir qrup əməkdaşı qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə aprelin 20-də könüllü olaraq qan veriblər.

Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları sağlamlıq vəziyyətlərini yoxladıqdan və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra, tədarük olunaraq irsi qan xəstəliklərindən (talassemiya, hemofiliya)  əziyyət çəkən uşaqların, eləcə də leykemiya, hemodializ xəstələrinin müalicəsində istifadə olunacaq.695c3b64df167bfa39c58b6336ed91d1 e1587459981625

03192d9af980ad8188000fd34ea56a82 e1587460208889

CATEGORIES
TAGS