SHXÇDX rəhbərliyi şəhid ailələrini ziyarət edib

SHXÇDX rəhbərliyi şəhid ailələrini ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xidmətin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Şəhidlərimizin intiqamı döyüş meydanında alındı. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə olunub.

SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.

 

CATEGORIES
TAGS