Xəbərlər

SHXÇDX rəhbərliyi şəhid ailələrini ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, SHXÇDX-nin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.

Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Qeyd edilib ki, torpaqların hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərlə, qazilərlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq.

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Azərbaycan xalqının qəhrəman əsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşlərdə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.

78be2a27149bdc2d90c2b2588856eb2c

2 11

3 9

Poliqon.az

Back to top button