
SHXÇDX rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
CATEGORIES Xəbərlər