Şimali Koreya Rusiyaya 12 milyondan çox artilleriya mərmisi göndərib

Şimali Koreya Rusiyaya 12 milyondan çox artilleriya mərmisi göndərib

Şimali Koreya Rusiyaya 12 milyondan çox 152 mm-lik artilleriya mərmisi göndərib.

“Poliqon” “Yonhap”a istinadən xəbər verir ki, bu, Cənubi Koreya Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) yaydığı hesabatda öz əksini tapıb.

Hesabata əsasən, indiyədək Şimali Koreyanın Rusiyaya göndərdiyi silah və artilleriya mərmilərini daşıyan konteynerlərin sayı təxminən 28000-ə çatır.

“Əgər bu say 152 mm-lik mərmilərlə hesablanarsa, (göndərilən mərmilərin sayı) 12 milyondan çox olduğu ehtimal olunur”, – deyə DIA tərəfindən qeyd edilib.

Keçən ilin oktyabr ayından etibarən Şimali Koreya Rusiyaya adi silahlar və təxminən 13000 əsgər göndərərək Moskvanın müharibə səylərinə dəstək verib.

Cənubi Koreyanın kəşfiyyat xidmətinin ötən ayın sonunda verdiyi məlumata görə, Şimali Koreyanın iyul və ya avqust aylarında Rusiyaya əlavə qoşun göndərməsi gözlənilir. Rusiya mətbuatı isə Şimali Koreyanın yenidənqurma səylərini dəstəkləmək üçün Kurska 5000 hərbi inşaat işçisi və 1000 istehkamçı göndərəcəyini bildirib.

CATEGORIES