
Şimali Koreya yeni “Choe Hyon” destroyerindən qanadlı raket atışı həyata keçirib
Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni “Choe Hyon” sinifli destroyerindən qanadlı raket atışı həyata keçirilib.
“Poliqon”un KCNA-ya istinadən verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In yeni döyüş gəmisini ziyarət edib və istifadəyə verilmədən əvvəl aparılan əməliyyat qabiliyyətinin qiymətləndirilməsi sınaq prosesini izləyib.
Sədr dənizçilərin gəmi idarəetməsi və silah sistemləri üzrə xidmət hazırlığını, eləcə də gəminin manevr imkanlarını yoxlayaraq yüksək qiymətləndirib.
Kim Çen In gəmidə həyata keçirilən dənizdən quruya doğru qanadlı raket sınağını da izləyib və bildirib ki, bu sınaq gəminin əməliyyat qabiliyyətinin qiymətləndirilməsində vacib elementdir.
Bundan əlavə, Kim Çen In “Nampho” gəmiqayırma zavodunda “Choe Hyon” sinifli üçüncü destroyerin inşa prosesi ilə tanış olub.




