
Şimali Koreya yeni “hava-hava” raketini nümayiş etdirib
Şimali Koreyanın “hava-hava” tipli yeni idarə olunan raketi ictimaiyyətə nümayiş etdirilib.
“Poliqon” KCNA-ya istinadən xəbər verir ki, yeni raket Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In rəhbərliyi ilə keçirilən genişmiqyaslı hava hücumundan müdafiə və hava hücumu təlimlərində təqdim olunub.
Təlim zamanı nümayiş etdirilən raketin rəsmi adı və texniki xüsusiyyətləri açıqlanmasa da, hərbi ekspertlər onun dizaynına əsaslanaraq təxminən 100 kilometrə qədər uçuş məsafəsinə sahib ola biləcəyini bildirirlər.
Yeni “hava-hava” raketinin məqsədi, əsasən, Cənubi Koreya tərəfindən istismar olunan müasir döyüş təyyarələrinə qarşı tədbirlər görməkdir. Raket daha uzun məsafədən hədəfləri vurmaq imkanı təmin etmək üçün hazırlanıb.