
Şimali Koreyada yeni əməliyyat-taktiki raket kompleksinin sınaqları keçirilib
Şimali Koreyada düşmənə qalib gəlmək üçün arsenallarında mobil və əlçatmaz silahlara sahib olmaq istəyirlər. Bu məqsədlə dəmir yolu vaqonunda yerləşdirilmiş yeni əməliyyat-taktiki raket kompleksinin (ƏTRK) sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə KRT “Youtube” kanalında videoçarx yayımlayıb.
Sınaqlar zamanı Şimali Koreya Silahlı Qüvvələrinin mobil dəmir yolu raket alayı tərəfindən Yapon dənizində 800 km məsafədə olan hədəfə iki ballistik raket atılıb. Bu, Şimali Koreyanın yeni “raket qatarının” ilk (ən azı rəsmi) nümayişidir.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər
TAGS Şimali Koreya