Sinqapur HHQ-yə təkmilləşdirilmiş F-16-ların ilk partiyası çatdırılıb

Sinqapur HHQ-yə təkmilləşdirilmiş F-16-ların ilk partiyası çatdırılıb

Sinqapur Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən təkmilləşdirilmiş F-16 “Fighting Falcon” döyüş təyyarələrinin ilk partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sinqapur HHQ-nin komandanı general-mayor Kelvin Khong bildirib.

Sinqapur HHQ-nin F-16C/D döyüş təyyarəsi parkının mərhələli şəkildə təkmilləşdirildiyini deyən general Kelvin Khong təkmilləşdirilmiş F-16-ların ilkin tədarüklərinə 2021-ci ilin iyununda başlanıldığını qeyd edib.

Onun sözlərinə görə, təkmilləşdirilmiş F-16 təyyarələri ən azı on il xidmət göstərə biləcək və istismar müddəti bitdikdən sonra yeni döyüş təyyarələri ilə dəyişdiriləcək.

Qeyd edək ki, Sinqapur Ordusunun təkmilləşdirilmiş F-16 döyüş təyyarələri 14-18 fevral tarixlərində keçirilmiş “Singapur Airshow-2022” sərgisində nümayiş etdirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS