QuruXəbərlər

SİPER 2 uzunmənzilli HHM sisteminin atış sınağı keçirilib

Türkiyədə SİPER 2 uzunmənzilli hava hücumundna müdafiə (HHM) sisteminin atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.

Məlumatda sınaq zamanı SİPER 2-nin manevr edən hədəfi uğurla məhv etdiyi vurğulanıb.

Sədrin bildirdiyinə görə, SİPER 2 sistemi SİPER 1-dən daha uzunmənzil və yüksək hündürlükdə fəaliyyət göstərərək hava və raketdən müdafiədə təsirli rol oynayacaq.

Back to top button