“Siper” ZRS gələn il Türkiyə HHQ-nin istifadəsinə veriləcək

“Siper” ZRS gələn il Türkiyə HHQ-nin istifadəsinə veriləcək

“Siper” zenit-raket sistemi (ZRS) 2024-cü ildə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının istifadəsinə veriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin “X” hesabında paylaşım edilib.

“Ölkəmizin laylı hava hücumundan müdafiə ehtiyacları üçün böyük əhəmiyyət daşıyan və strateji obyektləri düşmən hücumlarına qarşı qorumaq üçün hazırlanan “Siper” uzun məsafədə, yüksək hündürlükdə və paylanmış arxitekturada hava hücumundan müdafiəni təmin edəcək”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, “Siper” zenit-raket sistemi Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında TÜBİTAK-SAGE mərkəzi, “Roketsan” və ASELSAN şirkətləri tərəfindən birgə hazırlanıb.

2018-ci ildə inkişaf etdirilməyə başlanan “Siper” ZRS, “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir.

“Siper” ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

CATEGORIES
TAGS