
“Skynex” HHM sisteminin ilk batareyası İtaliya Ordusuna təhvil verilib
Almaniyanın “Rheinmetall” şirkəti “Skynex” hava hücumundan müdafiə (HHM) sisteminin ilk batareyasını İtaliya Ordusuna təhvil verib.
“Poliqon”un “Rheinmetall”a istinadən verdiyi xəbər görə, ilk “Skynex” batareyası İtaliya Ordusunun Sabaudia şəhərində yerləşən Comando Artiglieria Controaerei bazasında yerləşdirilib.
Beləliklə, İtaliya Ordusu yaxın və çox yaxın məsafədə hava hücumlarından müdafiə qabiliyyəti əldə edib.
Qeyd edək ki, “Rheinmetall”ın İtaliyadakı törəmə şirkəti “Rheinmetall Italia S.p.A.” ilk sistemin tədarükü üçün sifarişi 2025-ci ilin yanvarında alıb. Müqavilənin ümumi dəyəri 73 milyon avro təşkil edir və sənəd əlavə olaraq üç ədəd sistemin alınması opsiyasını da nəzərdə tutur.


