Slovakiya “ASCOD” piyada döyüş maşınını nəzərdən keçirir

Slovakiya “ASCOD” piyada döyüş maşınını nəzərdən keçirir

Slovakiya, yüngül zirehli nəqliyyat vasitələri bazarının araşdırılması proqramı çərçivəsində sınaqlar apararaq Avstriya-İspaniya birğə istehsalı “ASCOD” (Austrian Spanish Cooperative Development) piyadanın döyüş maşınının (PDM) imkanlarını nəzərdən keçirir.

“Poliqon” Slovakiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, əsas məqsəd Sovet istehsalı BMP-1 və BMP-2 PDM, eləcə də yerli BMP-M PDM-ləri əvəz edilməsi üçün variantları müəyyən etməkdir.

Sınaqlar Müdafiə naziri Yaroslav Nad və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun iştirakı ilə Zagoryedəki Hərbi Texniki Sınaq İnstitutunda aparılıb.

Təqdimat çərçivəsində texniki imkanlar nümayiş etdirməklə yanaşı, poliqonda Slovakiya ordusunun piyada bölmələrinin də iştirak etdiyi praktiki atışlar yerinə yetirilib.

“Peşəkar əsgərlərə yeni və təhlükəsiz texnologiyalar, o cümlədən piyadaların döyüş maşınlarının zəruri dəyişdirilməsi ilə təmin etmək səylərimizi intensiv şəkildə davam etdiririk. Bu məsələnin həlli üçün tələblərimiz aydındır, son qərar təsirli olmalı, əsgərlərin qoyduğu bütün şərtlərə cavab verməlidir və əlbəttə ki, iqtisadi və şəffaf bir proses olmalıdır”, deyərək Müdafiə naziri Yaroslav Nad bildirib.

Təqdimat zamanı “General Dynamics European Land Systems” şirkətinin nümayəndələri ilə Slovakiya sənayesinin “ASCOD” PDM istehsalına cəlb edilməsi imkanları barədə danışıqlar aparılıb.

Slovakiya hərbçiləri üçün ilk olaraq, Almaniyanın “Rheinmetall AG” şirkətinin LYNX KF41 döyüş maşını nümayiş etdirilib.

“ASCOD” PDM, Avstriya (“Ulan” PDM) və İspaniya (“Pizarro” PDM) ordularında silahlanmada duran piyadaların döyüş maşınıdır.

2003-cü ildən bəri “General Dynamics European Land Combat Systems” şirkətinin Avropa bölməsinə aid olan “Steyr-Daimler-Puch Spezialfahrzeug AG” və “Santa Bárbara Sistemas” şirkətləri tərəfindən yaradılıb.

“ASCOD” PDM üçün klassik bir quruluşa malikdir: güc qurğusu – 720 at gücündə dizel mühərrik,  silahlanması – 30 mm toplu modul, desant – 8 döyüşçü.

Hazırda “ASCOD” PDM İngiltərə Silahlı Qüvvələrində (“Ajax” PDM) istifadə edilir və Filippin ordusu tərəfindən sifariş edilib. Eləcə də, zirehli texnika, Çex Respublikası Silahlı Qüvvələrinin Sovet istehsalı PDM əvəzlənməsi üçün bir seçim olaraq da baxılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS