Slovakiya Ukraynaya MiQ-29 qırıcıları tədarük edə bilər
Slovakiya 11 ədəd Sovet istehsalı MiQ-29 döyüş təyyarəsinin Ukraynaya təhvil verilməsi ilə bağlı danışıqlara hazırdır.
“Poliqon” xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad rəsmi “Tvitter” hesabında bildirib.
Nazir avqustun sonuna kimi sözügedən təyyarələrin Slovakiyanın istismarından çıxarılacağını qeyd edib.
Bildirilir ki, Ukraynaya MiQ-29 döyüş təyyarələrini təhvil verdiyi təqdirdə Çexiya və Polşa təyyarələri Slovakiyanın hava məkanını qoruyacaq.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər