Slovakiyanın CV90 PDM-ləri “Saab”ın sistemləri ilə təchiz ediləcək

Slovakiyanın CV90 PDM-ləri “Saab”ın sistemləri ilə təchiz ediləcək

İsveçin “Saab” şirkəti “BAE Systems Hägglunds” şirkətindən görmə və atəşi idarəetmə sistemlərinin tədarükü ilə bağlı sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 900 milyon SEK (83.6 milyon ABŞ dolları) təşkil edir və sistemlərin 2023-2029-cu illər aralığında “BAE Systems Hägglunds”a çatdırılması planlaşdırılır.

Şirkətin bildirdiyinə görə, bu sistemlər Slovakiya Müdafiə Nazirliyinin ötən ilin sonunda “BAE Systems Hägglunds”dan sifariş etdiyi CV90 piyada döyüş maşınlarında (PDM) istifadə olunacaq.

Poliqon.az

CATEGORIES
TAGS