Slovakiyanın müdafiə naziri Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı qiymətləndirib

Slovakiyanın müdafiə naziri Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı qiymətləndirib

Slovakiyanın müdafiə naziri Robert Kalinak Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq perspektivlərini qiymətləndirib.

“Poliqon” xəbər verir ki, Slovakiyanın müdafiə naziri bu barədə “AnewZ”ə açıqlamasında danışıb.

Nazir Slovakiyanın ağır texnika, artilleriya sistemləri və minaatanlar sahəsində uzun illərə dayanan təcrübəyə malik olduğunu vurğulayıb. O, eyni zamanda Azərbaycanın pilotsuz uçuş aparatları və digər qabaqcıl texnologiyalar sahəsində mühüm üstünlüklərə sahib olduğunu qeyd edib.

Robert Kalinak bildirib ki, yaxın gələcəkdə Slovakiya ilə Azərbaycan arasında tərəfdaşlıq üçün güclü potensial mövcuddur.

CATEGORIES