
SOM-J qanadlı raketi atış sınağında hədəfi dəqiqliklə vurub
Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Roketsan” şirkəti tərəfindən birgə inkişaf etdirilən SOM-J qanadlı raketinin atış sınağı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, HHM və radar sistemlərindən yayınmağa yönələn çətin manevr və səthə çox yaxın uçuş bacarıqlarının nümayiş olunduğu atış sınağında SOM-J, hədəfi tam dəqiqliklə vurub.
TAGS Manşet