HavaXəbərlər

SOM-J qanadlı raketinin partlayıcı döyüş başlığı ilə atış sınağı keçirilib

Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Roketsan” şirkəti tərəfindən birgə inkişaf etdirilən SOM-J qanadlı raketinin partlayıcı döyüş başlığı ilə atış sınağı keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı F-16 qırıcısından atılan SOM-J raketləri quru və suüstü hədəfləri dəqiqliklə vurub.

Alçaq hündürlükdə uçuş qabiliyyəti və yüksək manevr imkanları ilə kritik zərbə tapşırıqları üçün inkişaf etdirilən SOM-J raketi yüksək dəqiqlik və aşağı görünürlük xüsusiyyətlərinə malikdir.

Raket atışdan sonra idarəetmə və şəbəkə dəstəkli əməliyyat imkanları ilə seçilir. O, infraqırmızı görüntüləmə əsaslı axtarıcı başlıqla təchiz olunub, avtomatik hədəf aşkarlama funksiyasına sahibdir və zirehdələn döyüş başlığı daşıyır. Həmçinin quru hədəflərinə, eləcə də sabit və hərəkətli suüstü hədəflərə qarşı effektiv şəkildə tətbiq oluna bilir.

Hazırda SOM-J raketinin KAAN qırıcısına və KIZILELMA pilotsuz döyüş təyyarəsinə inteqrasiya prosesi davam edir.

Back to top button