“Sosna” ZRK “Armiya-2021” forumunda nümayiş etdiriləcək

“Sosna” ZRK “Armiya-2021” forumunda nümayiş etdiriləcək

“Sosna” zenit-raket kompleksi (ZRK) yeni şassiyə sahiblənib.

“Poliqon” xəbər verir ki, “Almaz-Antey” Hava-Kosmik Müdafiə Konserninin mətbuat xidməti təkərli şassidə qısa mənzilli “Sosna” ZRK “Armiya-2021” Beynəlxalq hərbi-texniki forumu çərçivəsində nümayiş etdiriləcəyinin anonsunu verib.

Məlumatda ZRK-nin bu modifikasiyasının ilk dəfə nümayiş olunacağı qeyd olunur. Bununla yanaşı, ənənəvi formada BMP-3 şassisində olan versiyası da təqdim ediləcək. Komplekslər maketlərlə deyil, tam miqyaslı nümunələrlə təqdim olunacaq.

Yeni ZRK üçün hansı bazanın istifadə edildiyi açıqlanmır. Lakin, qeyd etmək lazımdır ki, cari ildə Əbu-Dabidə keçirilən “IDEX 2021” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında BTR-82A şassisinə əsaslanan “Sosna” ZRK-nin modeli təqdim edilib. Çox güman ki, bu yeni kompleksin son versiyasıdır.

Xatırladaq ki, 2019-cu ildə, yeni “Sosna” ZRK-nin BMP-3 piyada döyüş maşını əsasında hazırlanan şassi üzərində seriyalı istehsalına başlayacağının bildirilməsinə baxmayaraq ki, bütün prototiplər və seriya istehsalından əvvəlki nümunələr MT-LB yüngül zirehli çoxməqsədli dartıcının baza əsasında hazırlanmışdı. Ehtimal olunur ki, təkərli şassi versiyası Asiya, Afrika və Yaxın Şərq ölkələrinə tədarük olunmaq üçün hədəflənib.

Sosna qısa mənzilli ZRK, Quru Qoşunlarının maraqları çərçivəsində birləşmələri həm hərəkətdə, həm də mövqedə müxtəlif hava təhlükələrindən himayə etmək üçün üçün hazırlanıb. Yeni kompleks hazırda qoşunların silahlanmasında yer tutan 9K35 “Strela-10M” ZRK-ni əvəz edəcək.

“Sosna” ZRK, günün istənilən vaxtında və istənilən hava şəraitində on kilometrədək uzaqlıqdakı və beş kilometr yüksəklikdəki hava hədəflərinin məhv edilməsini təmin edir. Həm avtonom, həm də bölmələrin tərkib hissəsi kimi istifadə oluna bilər. Hərəkətdə atəş açmaq imkanına malikdir.

Bir döyüş maşını 12 kiçik ölçülü “Sosna-R” zenit idarə olunan raketini daşıyır və müdaxilədən qorunan yüksək dəqiqlikli optoelektron idarəetmə sistemi ilə təchiz edilmişdir. ZRK-nin idarəetmə sistemi tam avtomatlaşdırılıb, döyüş maşınının heyəti iki nəfərdən ibarətdir.

a1 3

MT-LB şassisində “Sosna” ZRK

a2 3

BMP-3 şassisində “Sosna” ZRK

a3 1

BTR-70 şassisində “Sosna” ZRK (miqyaslı model)

a4

BTR-82A şassisində “Sosna” ZRK (miqyaslı model)

a5

“Sosna” ZRK-nin buraxma qurğusu “Sosna-R” raketləri ilə

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS