“Sprut-SDM1” tankının dövlət sınaqları bu ilin əvvəlində başa çatacaq
Rusiyada “Sprut-SDM1” yüngül amfibiya tankının dövlət sınaqları 2022-ci ilin əvvəlində başa çatacaq.
“Poliqon”un məlumatına görə, bunu “Rostex” Dövlət Korporasiyasının silah kompleksinin sənaye direktoru Bekxan Ozdoev deyib.
Direktor bildirib ki, “Rostex” şirkəti “Sprut-SDM1” tankının seriyalı istehsalı üçün hazırlıqlara başlayıb.
Onun sözlərinə görə, yüngül tankın və zirehli döyüş maşınlarının keyfiyyətlərini özündə birləşdirən “Sprut-SDM1” atəş gücünə görə T-90MS tankından geri qalmır.
“Sprut-SDM1” yüngül tankı 125 mm-lik 2A75 topuyla təchiz edilib. “Sprut-SDM1” təkcə quruda deyil, suda da atəş açmaq qabiliyyətinə malikdir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər