Xəbərlər
STM məhsulları DIMDEX-2022 sərgisində nümayiş etdiriləcək

Türkiyənin STM şirkəti 21-23 mart tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək DIMDEX-2022 müdafiə sənayesi sərgisində özünün hərbi dəniz platformalarını və pilotsuz uçuş aparatlarını nümayiş etdirəcək.
Bu barədə “Poliqon”a STM şirkətindən məlumat verilib.
Sərgidə STM-in “İstif” (İ) sinif freqatı, Pakistan üçün inşa edilən Dəniz Təchizatı Tankeri, çoxməqsədli STM-MPAC hücum kateri, habelə “Alpagu”, “Kargu” və “Togan” taktiki mini pilotsuz uçuş aparatları sərgilənəcək.
Bundan başqa, STM stendini ziyarət edənlərə şirkətin inteqrə olunmuş kibertəhlükəsizlik həlləri haqqında məlumat veriləcək.
Rizvan Fikrətoğlu




