STM-nin sürü PUA-ları “Heydər Əliyev-2023” təliminə möhür vurub

STM-nin sürü PUA-ları “Heydər Əliyev-2023” təliminə möhür vurub

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” təlimində STM şirkətinin taktiki mini pilotsuz uçuş aparatı (PUA) sistemləri aktiv şəkildə istifadə olunub.

“Poliqon” STM-yə istinadən xəbər verir ki, şirkətin milli mühəndislik imkanları ilə hazırladığı Sürü Dron Əməliyyat Layihəsi (BUMİN) təlimdə özünü yüksək səviyyədə göstərib.

Ssenariyə uyğun olaraq, havaya qalxan 6 ədəd “Kargu” kamikadze PUA, sürü halında əməliyyat tapşırığı yerinə yetirib.

Təlim çərçivəsində Türkiyə təhlükəsizlik qüvvələrinin də inventarında yer alan multikopter tipli “Kargu”, “Togan” və “Boyga” PUA-ları onlara verilən missiyaları uğurla tamamlayıb. Bundan başqa, sabit qanadlı “Alpagu” zərbə PUA-sı da əvvəlcədən müəyyən olunan hədəfləri bacarıqla məhv edib.

STM tərəfindən hazırlanan sürü drone layihəsi ilə “Kargu”lar öz aralarında əlaqə qura və tapşırıqları paylaşa bilirlər. Hədəfləri müəyyən etmək və prioritetləşdirmək qabiliyyəti ilə bu PUA-lar sürü hücumları həyata keçirirlər. Bu sistemlər dərin öyrənməyə əsaslanan kompüter görmə texnologiyaları ilə real vaxt rejmində obyekt aşkarlama, təsnifetmə və izləmə kimi inkişaf etmiş funksiyalara malikdir.

STM-in Sürü Dron Əməliyyat Layihəsi, BUMİN adını əski türkcədən götürür. Əski türkcədə “Bölük” və “Birlik” mənasını verən BUMİN həm də Göktürk İmperatorluğunun qurucusu Bumin Kağanın adını daşıyır.

Poliqon.az

CATEGORIES
TAGS