STM şirkəti yeni insansız avtonom sualtı vasitəsinin təqdimatını keçirib

STM şirkəti yeni insansız avtonom sualtı vasitəsinin təqdimatını keçirib

Türkiyənin STM şirkəti yerli və milli qaynaqlar hesabına inkişaf etdirdiyi STM NETA insansız avtonom sualtı vasitəsini ilk dəfə SAHA EXPO-2024 sərgisində nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, STM-nin öz resursları ilə hazırladığı STM NETA-nın ilk əməliyyat tapşırığı dənizdəki minaların aşkarlanması olacaq.

İnsansız Avtonom Sualtı Vasitə Layihəsi (İOSA – İnsansız Otonom Sualtı Aracı) çərçivəsində hazırlanan STM NETA-nın SAHA EXPO-2024 sərgisində baş tutan təqdimat mərasimində Türkiyə müdafiə sənayesi başqanının köməkçisi Mustafa Murat Şeker, STM şirkətinin baş direktoru Özgür Güleryüz və digər ziyarətçilər iştirak edib.

1729607708 art 4460Təqdimat mərasimində çıxış edən STM-nin baş direktoru Özgür Güleryüz bildirib ki, STM həm Türkiyə Hərbi Dəniz Qüvvələri, həm də dost-qardaş ölkələr üçün bir çox milli suüstü və sualtı dəniz platformaları hazırlayıb: “Döyüş meydanında yaşanan dinamik inkişaflar bizə pilotsuz hava və dəniz platformalarından istifadənin getdikcə daha geniş vüsət aldığını göstərir. Türkiyənin hərbi dənizçilik sahəsində aparıcı mühəndislik şirkəti olaraq, dəniz bacarıqlarımızı, taktiki pilotsuz uçuş aparatlarındakı (PUA) avtonom imkanlarımızı və komanda-idarəetmə mühəndisliyimizi birləşdirdik və öz resurslarımızla milli insansız avtonom sualtı vasitəmizi inkişaf etdirdik”.

Baş direktorun sözlərinə görə, STM NETA insansız avtonom sualtı vasitə ailəsinin ilk üzvü olan STM NETA 300 dayaz sularda fəaliyyət göstərəcək və onun ilk missiyası minaların aşkarlanması, təsnifatı və identifikasiyası olacaq.

“STM NETA 300 modul və çevik dizaynı, yüksək səviyyəli muxtariyyət və unikal proqram təminatı sayəsində həm hərbi, həm də mülki ehtiyacları ödəmək üçün həllər təklif edəcək. Hərbi sahədə kəşfiyyat və müşahidə məlumatlarının toplanması, sualtı qayıqlara qarşı müharibəyə töhfə və partlayıcıların zərərsizləşdirilməsidən mülki sahədə boru kəmərlərinin yoxlanılması və geofiziki tədqiqatların aparılmasına qədər müxtəlif vəzifələri yerinə yetirə bilən bir məhsul ailəsi hədəfləyirik. Ailənin ilk üzvü olan STM NETA 300 üzərində aparılan intensiv işdən sonra hovuz və dəniz sınaqları mərhələsinə keçdik. Tezliklə bu görüntüləri də paylaşacağıq”, – deyə Özgür Güleryüz qeyd edib.

STM insansız avtonom sualtı ailəsinin genişlənəcəyini bildirən şirkətin baş direktoru, daha dərinlərdə və fərqli əməliyyatlarda işləyə bilən orta və böyük sinif insansız sualtı vasitələri inkişaf etdirməyi hədəflədiklərini vurğulayıb: “Beləliklə, Silahlı Qüvvələrimizin ehtiyacı olan bütün istifadə konsepsiyalarına uyğun həllər istehsal etməyi proqnozlaşdırırıq. STM NETA ailəsinin Mavi Vətənin dərinliklərinin qorunmasında fəal rol oynayacaq və çəkindiriciliyimizi artıracaq deyə qiymətləndiririk. Eyni zamanda, dost və qardaş ölkələr üçün yüksək ixrac potensialına malik məhsul ailəsi təqdim etmiş olacağıq”.

1729515082 1 openning mock up logo 3STM NETA ailəsinin adı dəniz ifadəsi olan NETA-dan gəlir və səliqəli, təhlükəsiz və hər zaman hazır deməkdir. STM mühəndisləri tərəfindən yerli və milli resurslarla hazırlanmış STM NETA 300 insansız avtonom sualtı vasitəsi bu ailənin ilk üzvüdür.

Yığcam quruluşu və elastik modul dizaynı ilə iki nəfər tərəfindən daşına bilən STM NETA 300 suyun 300 metr dərinliyinə qədər olan yerlərdə əməliyyatları yerinə yetirmək qabiliyyətinə malikdir. Maksimum 5 knot sürətə çata bilən STM NETA 300 24 saata qədər işləyə bilən akkumulyatorla təchiz edilib. Milli insansız avtonom sualtı vasitə 300 metr dərinlikdə minalara qarşı mübarizə əməliyyatına töhfə verəcək. Avtonom istifadə konsepsiyası ilə mina təhlükəsi olan dəniz sahələrini yandan skan edən sonar və boşluq doldurma sonarı ilə skan edəcək STM NETA 300 istifadəçiyə minaları və ya minaya bənzər elementləri mümkün qədər tez və effektiv şəkildə aşkarlamağa, təsnif etməyə və diaqnoz qoymağa imkan verəcək.

Platformanın daha geniş skan sahəsi və yüksək üfüqi ayırdetmə əldə etməsi üçün SAS (sentetik açıklıklı sona) inteqrasiya seçimi də mövcuddur. İstənilən suüstü platformadan atıla və tez bir zamanda missiya bölgəsinə daşına bilən STM NETA 300 geniş ərazini skan edərək axtarış-xilasetmə əməliyyatlarına da əhəmiyyətli töhfə verə bilir. İnsansız avtonom sualtı vasitə yandan skan edən sonarı və dəqiq naviqasiya sistemləri ilə hədəflərin və sualtı qəzaların aşkarlanmasında yüksək dəqiqlikli məlumatlar əldə edə bilir. STM NETA 300, 70 kq-lıq başlıca konfiqurasiyadan 85 kq-ya qədər olan fərqli və davamlı konfiqurasiya variantları ilə geniş istifadə diapazonu təklif edir.

STM NETA 300 qabaqcıl modul dizaynı sayəsində həm mülki, həm də hərbi sahələrdə geniş istifadəni təmin edir.

Hərbi sahədə:

  • Kəşfiyyat və müşahidə;
  • Ətraf mühitin sürətli qiymətləndirilməsi;
  • Sualtı müdafiə əməliyyatları;
  • Partlayıcı maddələrin məhv edilməsi;
  • Liman müdafiəsi.

Mülki sahədə:

  • Dəniz dibi və ətraf mühitin qiymətləndirilməsi;
  • Boru kəmərlərinin təftişi və müşahidəsi;
  • Geofiziki tədqiqat və müşahidə;
  • Dənizdə bərpa olunan enerji resurslarının tədqiqi;
  • Dəniz arxeologiyası.
CATEGORIES
TAGS