STM “Togan” mini taktiki PUA-nın ilk partiyasını təhlükəsizlik qüvvələrinə çatdırıb

STM “Togan” mini taktiki PUA-nın ilk partiyasını təhlükəsizlik qüvvələrinə çatdırıb

STM şirkəti tərifindən hazırlanan “Togan” mini taktiki pilotsuz uçuş aparatının (PUA) ilk partiyası Türkiyənin təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

Multikopter sinfinə aid olan dörd rotorlu “Togan” PUA əsasən ISR (Intelligence, Surveillance and Reconnaissance) kəşfiyyat, müşahidə və incələmə tapşırıqlarını yerinə yetirmək üçün dizayn edilib. PUA qabaqcıl Elektro Optik və İnfraqırmızı kamera sistemlərinin vasitəsi ilə həm optik, həm də fiziki hədəfləri 30x-ə qədər yaxınlaşdıraraq izləmək qabiliyyətindədir.

“Togan” uçuş İdarəetmə kompüteri və idarəetmə stansiyasının vasitəsilə birdən çox platformayla havada missiyaları avtonom şəkildə dəyişdirmək, həmçinin operatorlara fasiləsiz və uzunmüddətli müşahidə qabiliyyəti təmin etmək imkanına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS