Su-30SM2 qırıcılarının növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Su-30SM2 qırıcılarının növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodu tərəfindən istehsal edilən Su-30SM2 döyüş təyyarələrinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Tədarük ilə bağlı fikirlərini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakovun sözlərinə görə, Su-30SM2 tipli təyyarələr istismar illəri ərzində yüksək səmərəliliyini sübut edib və onlar Rusiyanın müdafiəsi üçün çox vacibdir.

““Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodunda dövlət müdafiə sifarişi ilə hava platformalarının istehsalı qrafiklərə uyğun şəkildə davam edir. Bu il təhvil verilməsi planlaşdırılan bütün təyyarələr artıq son montaj və ya uçuş sınaq mərhələsindədir”, – deyə V.Artyakov qeyd edib.

Həmçinin bax: Rusiya HDQ Su-30SM2 qırıcılarının ilk nümunələrini qəbul edib

Poliqon.az

CATEGORIES
TAGS