Su-34-lərin daha bir partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Su-34-lərin daha bir partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Novosibirsk Aviasiya Zavodu”nda istehsal edilən Su-34 bombardmançı təyyarələrinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, sifarişçiyə təhvil verilən təyyarələr zavod tərəfindən yerinə yetirilən yer və uçuş sınaqlarından uğurla keçib.

Hazırda Su-34 bombardmançıları Rusiya Aerokosmik Qüvvələrinin zərbə gücünün mühüm hissəsini təşkil edir. Təyyarənin müasir aviasiya silahlarından istifadə etməyə imkan verən genişlənmiş döyüş imkanları onun yerüstü hədəflərin məhv edilməsi diapazonunu və dəqiqliyini artırır.

“UAC cari il proqramı çərçivəsində təyyarələrin tədarükünü uğurla həyata keçirir və artıq gələn ilin sifarişlərini təmin etmək üçün çalışır. Bizim və əlaqəli müəssisələrin əldə etdiyi iş tempi bizə Rusiya Müdafiə Nazirliyini yeni aviasiya sistemləri ilə təchiz etməyə imkan verir”, – deyə Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar qeyd edib.

CATEGORIES