Su-35S döyüş təyyarələrinin növbəti partiyası sifarişçiyə təhvil verilib

Su-35S döyüş təyyarələrinin növbəti partiyası sifarişçiyə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu tərəfindən istehsal edilən Su-35S döyüş təyyarələrinin növbəti partiyası Rusiyanın Aerokosmik Qüvvələrinə təhvil verilib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, sifarişçiyə təhvil verilən təyyarələr, istehsaldan sonra zavod tərəfindən yerinə yetirilən yer və uçuş sınaqlarından uğurla keçib.

Su-35S döyüş təyyarələrinin çatdırılması ilə bağlı “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Yuri Slyusarın fikirlərini bölüşüb: “KnAAZ, dövlətin istehsalın texniki cəhətdən yenidən təchiz edilməsi və modernləşdirilməsi proqramı çərçivəsində xeyli miqdarda vəsait əldə edib. Zavodda yeni istehsal qurğular istifadəyə verilib. Bu isə bizə seriyalı istehsalı və istehsal həcmini artırmağa imkan verir”.

O qeyd edib ki, bundan başqa, cari il ərzində Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57 qırıcılarının tədarük həcmi də artacaq.

4++ nəsil çoxməqsədli Su-35 supermanevrli təyyarədir. Bu təyyarə, bazasında Su-27 / Su-30 qırıcıları yaradılan T-10S platforması əsasında qurulub, lakin yaradıcıların fikrincə, beşinci nəsil təyyarənin tələblərinə cavab verən bort döyüş aviasiya avadanlığı ilə təchiz olunub.

Poliqon.az

CATEGORIES
TAGS