Su-35S qırıcılarının daha bir partiyası sifarişçiyə çatdırılıb

Su-35S qırıcılarının daha bir partiyası sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu tərəfindən istehsal olunan Su-35S çoxməqsədli döyüş təyyarələrinin daha bir partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Su-35S çoxməqsədli qırıcıları müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra KnAAZ aerodromundan xidmət yerinə uçublar.

Tədarüklə bağlı fikirlərini bölüşən Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar bildirib ki, cari ilin proqramı üzrə Su-35S qırıcılarının Rusiya Müdafiə Nazirliyinə çatdırılması başa çatıb.

Onun sözlərinə görə, KnAAZ ilin sonunadək beşinci nəsil Su-57 qırıcılarının da növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verməyə hazırlaşır.

CATEGORIES
TAGS