
Su-35S qırıcılarının yeni partiyası Rusiya Müdafiə Nazirliyinə çatdırılıb
“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni Su-35S qırıcılarının daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, Su-35S-lər müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra xidməti yerlərinə uçublar.
“Tələb olunan hərbi məhsulların dövlət müdafiə sifarişi çərçivəsində istehsalı bizim ən prioritet vəzifələrimizdən biridir. Demək olar ki, bu cür məhsulların bütün növləri üzrə cari ildə istehsal həcmlərinin artırılması planlaşdırılır. Bununla əlaqədar olaraq biz istehsalatlarımızın modernləşdirilməsini davam etdiririk”, – deyə “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa bildirib.
TAGS Manşet
