Su-57 qırıcılarının sonuncu partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib – VİDEO

Su-57 qırıcılarının sonuncu partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib – VİDEO

“Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu tərəfindən istehsal edilən 5-ci nəsil Su-57 döyüş təyyarələrinin sonuncu partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, bununla da KnAAZ aviasiya zavodu Su-35S və Su-57 qırıcılarının Rusiya Hava-Kosmik Qüvvələrinə tədarükünü nəzərdə tutan 2023-cü ilin dövlət müdafiə sifarişini tam olaraq yerinə yetirib.

Tədarüklə bağlı fikirlərini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, “Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu Su-57 qırıcılarının seriyalı istehsalını artırır.

“Hazırda KnAAZ-ın son montaj sexində 2024-cü ildə Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil veriləcək döyüş təyyarələri üzərində işlər aparılır. Hər il Rusiya Hava-Kosmik Qüvvələrinin aviasiya parkına daxil olan beşinci nəsil qırıcıların sayı demək olar ki, iki dəfə artır”, – deyə “Rostex” Dövlət Korporasiyasının baş direktoru qeyd edib.

CATEGORIES
TAGS