Sülhməramlıların yerləşdiyi ərazidən Şuşa atəşə tutulub

Sülhməramlıların yerləşdiyi ərazidən Şuşa atəşə tutulub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bölmələrin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Poliqon.az

CATEGORIES
TAGS