Şuşada Ermənistan ordusunun atıb qaçdığı silah-sursat tapılıb

Şuşada Ermənistan ordusunun atıb qaçdığı silah-sursat tapılıb

Vətən müharibəsində işğaldan azad olunan torpaqlarda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  “Poliqon”a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Belə ki, tədbirlər zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.

CATEGORIES
TAGS