Şuşada erməni silahlı dəstələrinə məxsus kvadrakopter zərərsizləşdirilib

Şuşada erməni silahlı dəstələrinə məxsus kvadrakopter zərərsizləşdirilib

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Poliqon.az

CATEGORIES
TAGS